Yollarda qurulan postlar ləğv olunur? - Polkovnik AÇIQLADI

ÖLKƏ
01:39 / 16.05.2020
1745

Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü qərarına əsasən, SMS-lə icazəmayın 18-dən ləğv olunur. Bundan əlavə, kafe və restoranların fəaliyyətinə, yaşı 65-dən çox olanlların evdən çölə çıxmalarına icazə verilir. Görəsən, yollarda qoyulan nəzarət postları ləğv olunacaqmı?

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Lent.az -a bildirib ki, böyük şəhərlərarası giriş-çıxış postları ləğv edilməyəcək:

“Operativ Qərargahın bugünkü qərarından sonra çox güman ki, Bakı şəhəri ərazisində daxili postlar azala bilər. Bununla bağlı əlavə məlumat veriləcək. Amma Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunun giriş və çıxışında olan postlar yerində qalacaq”.

0