Alman jurnalist Ermənistan Müdafiə Nazirliyinin yalanını ifşa etdi - FOTO

SİYASƏT
16:08 / 16.07.2020
1480

Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulması görüntülərinin əks olunduğu videosunun etibarsız olduğunu göstərib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Julian Repke “Twitter” hesabında paylaşım edib.

Analitik videoda, əslində, mülki təyyarənin əks olunduğunu üzə çıxarıb.

“İpucu: Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin”, - deyə jurnalist yazıb.

 

 

0
oxu.az