Tofiq Zülfüqarov yeni nazir təyinatını necə dəyərləndirdi?

SİYASƏT
20:21 / 16.07.2020
1368

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarovun vəzifəsindən azad edilib.

Prezidentin digər bir sərəncamı ilə Təhsil naziri Ceyhun Bayramov Xarici İşlər naziri vəzifəsinə təyin olunub.

Sözügedən təyinatla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya danışıb. T.Zülfüqarov Ceyhun Bayramovu təbrik edib, ona uğurlar arzulayıb:

“Ceyhun Bayramovu təbrik edirəm və uğurlar arzu edirəm. Birincisi, hesab edirəm ki, o, artıq hansı işlər görməli olduğu ilə bağlı təlimatı Prezidentdən alıb. Bu təlimatlara uyğun da öz işini quracaq. Öz tərəfimdən də onu təbrik edirəm. Hələlik bundan artıq deyiləsi söz yoxdur”.

0