Nura Suri tikinti şirkətində işə başladı: "Balamı böyütməliyəm..."

MAQAZİN
13:23 / 17.07.2020
1757

Müğənni Nura Suri tikinti şirkətlərinin birində işə düzəlib.

Bu haqda o, sosial şəbəkədə məlumat verib:

"Son iki aydır özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və tikinti şirkətlərinin birində rəsmi işə başladım. Müğənniliklə yanaşı, başqa bir işimizin olması da vacibdir.

Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim.

Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələ ki bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər. Allah köməyimiz olsun!".

0
Teleqraf.com