Ərdoğan Ayasofyanı niyə məscidə çevirdi? – Maraqlı iddia

SİYASƏT
19:12 / 17.07.2020
1463

“Ayasofyanı məscidə çevirərkən Ərdoğan nəyi nəzərə alıb?” sualına cavab verərkən, bunu unutmayın - Ayasofyanın tarixi, mənşəyi, ideyası elə əvvəldən antipandemiya məzmunlu olub”.

Bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Onun sözlərinə görə, Bizans imperatoru Yustinian dövründə bütün imperiya torpaqlarını, o cümlədən paytaxt Konstantinopolu indiki COVID-19-u xatırladan xəstəlik bürümüşdü:

“İstanbulda gündə 5 mindən çox zavallı insan bu xəstəlikdən ölürmüş. Elmdə bu xəstəliyə “Yustinian vəbası” deyilir. İmperator Yustinian o vaxtkı COVID-19-a qarşı hansı hiyləyə əl atmır?! Axırda mələklər yuxuda ona bu məbədin maketini göstərirlər. Orada içəridəki insanların distant məsafələri də qeyd edilib.

İndi, aradan gör neçə illər keçdikdən sonra bu memarlıq detalları, antivirus tədbirləri yenidən gündəmə çıxmalıdır. Məbəd göründüyü kimi həm də çox güclü sanitariya məzmunludur. Şəfaverici gücə malikdir. Bəlkə də Ərdoğana bütün bunlar bəllidir. O, bu sirlərə bəlkə də bələddir. Görünür, orada ibadət qılmaq həm də şəfavericidir.

Ərdoğan, nə bilim, bəlkə də Yustinian kimi, oxşar antibiotiklə - bu müqəddəs məbəd vasitəsi ilə növbəti vəbaya, yəni COVID-19-a nöqtə qoymaq istəyir? Gözləyək. 1923-cü il Lozanna müqaviləsinin növbəti ildönümündə - 24 iyulda bu sirrin də üstü açılacaq”.

0
Teleqraf.com