Bakıya gətirilən 115 kubalı həkim hanı? - Azərbaycanlı həkimdən ittiham

ÖLKƏ
11:42 / 18.07.2020
2459

Uzun müddətdir ki, koronoviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm Bakıya gələn 115 kubalı həkimin prosesdə iştirak etmədiyini iddia edib.

“115 nəfər Kubadan həkim heyəti gətirilib. Sual olunur: onlar haradadır və niyə prosesə cəlb olunmurlar?" - deyə həkim bildirib.

Hit.Az-ın verdiyi xəbərə görə. "Yeni Müsavat"a açıqlama verən həkim maraqlı iddialar səsləndirib:

"Şayiələr gəzir ki, hər ay onlara 12 min dollar maaş veriləcək, halbuki öz ölkələrində 150-200 dollar maaş alan həkimlərdir. Bəs bu 115 həkimin gətirilməsində məqsəd nədir? Bundan əvvəl Rusiyadan, Türkiyədən də həkim heyəti gətirilmişdi. Rusiyadan gələn 1-ci həkim heyəti arasında azərbaycanlı həkimlər də var idi. Onlar bizim xəstəxanaya da gəldi, vəziyyətlə tanış oldular və hətta bildirdilər ki, ”sizdə vəziyyət bizimkindən yaxşıdır" və sairə. Bəs kubalı həkimlər haradadır? Onlar məgər “Yanardağ”ı və ya “İçərişəhər”i görməyə gəliblər? Niyə prosesdə iştirak etmirlər?"

0