Cənubi Azərbaycanda Ordumuza dəstək aksiyası – Həbs olunanlar var

SİYASƏT
11:23 / 18.07.2020
1466

Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş təşkil edirlər.

HİT.Az modern.az-a istinadla xəbər verir ki,  növbəti yürüşlərdən biri İranda təşkil edilib. Əllərində Azərbaycan bayraqları, eləcə də “Orduya dəstək!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.

Təəssüf ki, Güney Azərbaycanda dəstək mitinqlərində iştirak edənlər arasında həbs olunan var.

Mitinqlərdə iştiraka görə həbs edilən soydaşlarımızın siyahısı: Həkimə Əhmədi - Təbriz, Şiva Mücərəd – Urmiya, Yasəmən Zəfəri - Təbriz, Rəsul Rəzəvi - Təbriz, Rəhim Sasani - Təbriz, Səidullah Sasani - Təbriz, Həmid Cəbbari – Tehran, Fərid Xurşidi – Urmiya, Səhənd Bəhnmun – Urmiya, Səyid Behnumud - Urmiya

2