Sami Yusifdən Azərbaycana DƏSTƏK

ÖLKƏ
16:49 / 18.07.2020
929

Dünyaca məşhur müğənni Sami Yusif də son günlər Azərbaycanda cəbhədə baş verənlərə münasibət bildirib.

Cənubi Azərbaycandan olan sənətçi 2,2 milyonluq İnstaqram səhifəsində hekayə bölümündə ölkəmizlə bağlı paylaşımlar edib.

Sami Yusif "Qarabağ Azərbaycanındır", "Azərbaycan üçün dua edin" haştaqı ilə fotolar yayımlayıb. O, daha sonra Ermənistanın işğalçı bir dövlət olduğu, Azərbaycanın torpaqlarını zəbt etdiyi haqda məqalə yerləşdirib.

0
Axsam.az