İbrahim Borçalının 20 yaşlı oğlu qəzada öldü (FOTO)

13:51 / 18.07.2020
9755

Müğənni İbrahim Borçalının oğlu qəzada ölüb.

HİT.Az xəbər verir ki, sənətçinin övladı Rəhim Həsənov ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R. Həsənovdur. 

İfaçının dostu, aparıcı Leyla Mustafazadə ölüm xəbərini “Qafqazinfo”ya təsdiq edib. 

Xatırladaq ki,  Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var. 

Qeyd edək ki, məlumatı ilk dəfə News24.az yayıb.

 

7