Onlar da Prezidentin çağırışına qoşulublar

20:29 / 18.07.2020
1002

Prezidentin Təhlükəsizlik Şurasındakı çıxışı və xalqa müraciətindən sonra çox sayda vətəndaşımız, o cümlədən paytaxt gənci və idmançıları ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər. 

Ölkə Prezidentinin çağırışına qoşulan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin bütün əməkdaşları da Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, rəsmi qeydiyyatdan keçmiş və Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirmişlər.

0