“Bakılı oğlanlar” 20 il öncə: Bəhramdan maraqlı PAYLAŞIM

ÖLKƏ
14:34 / 19.07.2020
1462

Koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sağlıq durumu yaxşılaşır.

İyulun 2-də ECMO-dan ayrılan əməkdar artistin ümumi vəziyyəti orta-ağır qiymətləndirilir.

Bu günlərdə “İnstagram” sosial şəbəkəsində aktivləşən Bəhram izləyicilər üçün maraqlı paylaşımlar edir. Əməkdar artist bu gün “Bakılı oğlanlar” “KVN” teatrı ilə bağlı maraqlı şəkil paylaşıb.

Onun “2 sentyabr 1995. Bakı- Odessa” qeydi ilə paylaşdığı şəkilə izləyicilərdən çoxlu “Bəyəndim” gəlib.

1
Cebhe.info