Bakıda əks yola çıxan sürücü ağır qəzaya səbəb oldu – VİDEO

20:28 / 19.07.2020
1010

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Videodan məlum olur ki, əks yola çıxan “Mercedes” markalı avtomobil BMW ilə toqquşub.

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

0
Oxu.az