Xəzər TV-nin daha bir əməkdaşı koronavirusa yoluxdu

ÖLKƏ
20:49 / 19.07.2020
1105

Xəzər televiziyasında sürücü kimi çalışan Turan Ələkbərov koronavirusa yoluxub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, T.Ələkbərovun testinin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müalicə alır.

Qeyd edək ki, televiziyanın daha iki əməkdaşı bir müddət öncə koronavirusa yoluxub. Onlardan biri Xəbərlər departamentinin müdiri Aynur İsgəndərova, digəri isə sürücü Elməddin Muxtarovdur.

A.İsgəndərova ev şəraitində, E.Muxtarov isə xəstəxanada müalicə alır.

Bildirilib ki, televiziyada 3 nəfər koronavirusa yoluxsa da, dezinfeksiya işləri aparılmayıb, işçilərin kütləvi tibbi testdən keçirilməsi təmin edilməyib.

0