Çin Amerikanın “Əpl”, “Qualcomm” və “Cisco” şirkətlərinə qarşı sanksiya tətbiq etmək niyyətindədir.
Bu məlumatı Çin hakimiyyətinə yaxınlığı ilə seçilən “Qlobal Tayms” nəşri yayıb. Qəzet ABŞ-ın Çinin “Huavey” şirkətinə mikrosxem tədarükünü dayandırmağa davam edəcəyi halda bu sanksiyaların reallaşdırılacağını bildirib.
Qeyd edək ki, bundan öncə “Röyter” agentliyi ABŞ-ın “Huavey” şirkətinə çiplərin tədarükünün dayandırılması barədə addımlar atıb. Qərara əsasən, çip istehsalı üçün ABŞ qurğularından istifadə edən xarici şirkətlər “Huavey” üçün müəyyən tədarük zamanı ABŞ-dan lisenziya almalı olacaq.
Axar.az