Tibb Universitetinin indiyədək 58 tibb personalı koronavirusa yoluxub

14:57 / 20.07.2020
886

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında indiyədək ümumilikdə 58 tibb personalı COVID-19-a yoluxub.

HİT.Az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq ATU-dan məlumat verilib. Qeyd olunub ki, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçisidir.

Bildirilib ki, xəstələrdən müalicə alıb evə buraxılanlar və müalicəsi davam etdirilənlər var.

1