Prokurorluq 3 uşaq anasının qətli ilə bağlı məlumat yaydı

15:25 / 20.07.2020
1322

Ağdaş rayon prokurorluğu əri tərəfindən öldürülən 3 uşaq anası, 1995-ci il təvəllüdlü Nuranə Səttarovanın qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan HİT.Az-a daxil olan məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
 
İstintaqla 1988-ci il təvəllüdlü Tural Səttarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Sətdarovaya bıçaq zərbələri vuraraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Tural Səttarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

0