Azərbaycanda TIR yandı - 20 ton ipək kül oldu

ÖLKƏ
10:02 / 21.07.2020
1238

Goranboy rayonunda yük avtomobili yanıb.

Goran qəsəbəsində “DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb.

Avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0
Publika.az