DİN-in mətbuat xidmətinin rəisinə 2 müavin təyin edildi

ÖLKƏ
10:11 / 21.07.2020
903

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə iki yeni kadr təyinatı olub.

Bu barədə DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O qeyd edib ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmrilə polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Mətbuat xidmətinin rəis müavinləri təyin edilib.

0
Modern.az