Azərbaycanın Serbiyadakı səfirinə TAPŞIRIQ

SİYASƏT
13:36 / 21.07.2020
1926

“Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib”.

bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır: “Onlar Azərbaycanın müraciətinə cavab verəcəklər”.

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

Onu da xatırladaq ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovdur.

0
Virtualaz.org