Sankt-Peterburqda azərbaycanlılarla ermənilər üz-üzə gəldi – OMON işə qarışdı

SİYASƏT
15:20 / 21.07.2020
2668

Azərbaycan-Ermənistan sərhədində baş verənlərin əks-sədası Rusiyadan gəlməkdə davam edir.

Rusiyanın “Komsomolskaya pravda” qəzeti xəbər verir ki, ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda da iki icma arasında gərginlik yaşanır. Belə ki, Sankt-Peterburqun ən böyük meyvə-tərəvəz bazası sayılan "Sofiysk bazarı"nın azərbaycanlı sahibləri erməni məhsullarını əraziyə buraxmayıb. Soydaşlarımız Ermənistandan ərik yüklü maşınlara məhsulu ərazidə boşaltmağa imkan verməyiblər. Bu səbəbdən tərəflər arasında kiçik qarşıdurma yaşanıb.

Nəticədə "Sofiysk bazarı"na daxil ola bilməyən ermənilər məhsullarını yaxınlıqdakı metrostansiyaların çıxışlarında satmalı olublar.

Mümkün insidentlərin qarşısını almaq üçün "Sofiysk bazarı"na OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) yerləşdirilib. Məsələ ilə bağlı Sankt-Peterburq şəhər administrasiyası iki icma ilə də danışıqlara başlayıb.

0
Modern.az