Ermənistanın eks-prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib.
Ermənistan KİV-i xəbər verir ki, səfər şəxsi xarakter daşıyır. Sarkisyanın Xankəndində yaşayan anasını ziyarət etməsi gözlənilir.
Xatırladaq ki, Sarkisyan “dizel işi” ilə bağlı avqustun 6-da Yerevanda məhkəmə qarşısına çıxacaq. O, 1 milyon dollarlıq yeyintidə təqsirləndirilir.
Modern.az