Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.
HİT.Az xəbər verir ki, sessiyada cari məsələyə - Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb.
Ali Məclisin Sədri deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib.
Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlayıb.
Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.