Yüzlərlə insanı həyata qaytaran azərbaycanlı həkim koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

ÖLKƏ
17:34 / 21.07.2020
1922

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

HİT.Az xəbər verir ki, reanimotoloq Elçin Həmzəlioğlunun koronavirus test analizinin nəticəsi pozitiv çıxıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

O, virusa yoluxana qədər Masallı və Astara rayon mərkəzi xəstəxanalarında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərib.

Koronavirusa yoluxan həkimin yerliləri onun haqqında "Facebook"da paylaşım edərək, durumunu diqqətdə saxlamağı xahiş ediblər:

"Covid19 virusu ölkəmizə ayaq açan gündən onunla ön cərgədə mübarizə aparan həkimlərdən biri də Elçin Həmzəlioğludur. Elçin həkim öz ailə-uşağından ayrı düşüb, ən ağır xəstələrin Masallı və Astara xəstəxanalarının reanimasiya şöbələrində müalicə alıb sağalmaları üçün əlindən gələni edib. Yüzlərlə xəstənin şəfa tapıb, aramıza qayıtmağına vasitə olub. Bu gün çox təəssüf ki, özünün həyatı təhlükə qarşısındadır.

Bu gün Covid19 la mübarizə aparan həkimlərimiz eynən sərhədlərimizi qoruyan əsgər və zabitlərimiz kimidir. Elçin həkim kimi savadlı həkim asan yetişmir". 

 

0