Bakı sakini Səbinə Nəzərova sosial şəbəkədə "Ege Hospitalın həkimi Ülvi Mirzoyevdən giley edir.
Hit.Az narazı vətəndaşın şikayətini olduğu kimi təqdim edir:
"Şikayətim "Ege Hospital"da çalışan Dr.Kardioloq Ülvi Mirzoyevdəndir... Əgər ona həkim demək olarsa... Keçən ayın 24-ü atamı müayinə edib diaqnoz qoydu ki stend qoymaq lazımdır. Təklif etdi ki, anju eləmişəm, əgər yanınızda pul varsa, indi qoyaq, 98 faiz damarları tutulub. Dedi ki, 6 ədəd stend qoymaq lazımdır.
Biz də soruşduq ki, bu qədər stend qoymaq olarmı? Dedi ki, bəli, mən 8 ədəd belə qoyuram... 10.000 AZN ödəyib razılaşdıq. 2 gün sonra buraxdılar... Ayın 4-ü gecə atam özünü bir az pis hiss edirdi.. Təcili tibbi yardım yoxlayıb dedi ki, bu qədər stend qoymaq olmaz. Səhər öz maşınıyla durub atam anamla həkimə gedib. Həkim deyib 1500 AZN ödəyin, gəlin müayinəyə. Yarım saat sonra gətirib sənədləri ki, imzalayın, açıq əməliyyat edək.
Anam həkimə deyib ki, göstərin xəstəni, sonra. Demək xəstə artıq dünyasını dəyişib və bu özünə həkim adı qoyan məxluq ölmüş insanı əməliyyat etmək istəyirmiş! Biz ondan səbəbini soruşmaq istəyərkən gördük ki, həkim artıq yoxdur ortalıqda... Və üstəlik də 200 AZN ödəyib, atamı məscidə göndərib yumağa. Sən kimsən ki, kiminsə meyitini icazəsiz məscidə aparırsan?
Bütün Azərbaycan bu qatili tanınısın!"
Xatırladaq ki, "Ege Hospital" son vaxtlar tez-tez müxtəlif qalmaqallarla gündəmə gəlir. Məhz bu cür qalmaqallara görə əvvəlki adını ("Grand Hospital") dəyişsə də, görünən odur ki, iş üslubunu dəyişməyib.