“Mədəniyyət” kanalının yeni layihəsi üçün hazırlanan poster qalmaqala səbəb olub.
Adıçəkilən kanalda "Mən də əsgərəm" adlı yeni layihə hazırlanıb. Veriliş üçün ərsəyə gətirilən posterdə təsvir edilən Azərbaycan bayrağının görüntüsü birmənalı qarşılanmayıb və mübahisələrə səbəb olub.
Şəbəkə istifadəçiləri kanalı Dövlət Bayrağından istifadəyə dair tələbləri pozmaqda, bayrağı tam formada təsvir etməməkdə ittiham ediblər.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Nərgiz Rəfiyeva "BakuPost"a açıqlamasında bildirib ki, yəqin ki, poster dəyişdiirləcək.
Xatırladaq ki, Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna görə, (Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.