Bakıda yeni mənzillər ucuzlaşdı

ÖLKƏ
12:57 / 22.07.2020
1754

Bakıda ay ərzində təkrar mənzil bazarında qiymətlərdə cüzi artım, ilkin mənzil bazarında isə ucuzlaşma qeydə alınıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində təkrar mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 1702 manatdan 1708 manata qədər artıb (0.35 faiz artım). İl ərzində isə artım 7.29 faiz təşkil edib.

N.İbrahimov vurğulayıb ki, ilkin mənzilin isə bir kvadratmetrinin orta qiyməti 1425 manatdan 1370 manata azalıb. O qeyd edib ki, ay ərzində 3.86 faiz azalma, il ərzində isə 3.71 faiz artım müşahidə edilib.

2