Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar S.Əsgərova küçəsində yol kənarındakı ağac aşıb.     
Bakı Nəqliyyat Agentliyindən (BNA) HİT.Az-a verilən məlumata görə, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində mane yaranıb:     "Vətəndaşlara küləkli hava şəraitində avtomobillərini ağacların altında park etməmələrini tövsiyə edirik".

										
										
										
										
										
										
										
										
