Koronavirus daha bir həkimin həyatına son qoydu (FOTO)

10:53 / 23.07.2020
1124

Daha öncə xəbər verdiyimiz kimi, Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayeva koronavirusa yoluxmuşdu.

HİT.Az xəbər verir ki, vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun  3-cü qrup qana ehtiyacı olduğu haqqında həmkarları sosial şəbəkələr vasitəsiylə çağırış etmişdilər.

Bir meçə saat öncə bütün səylərə baxmayaraq, Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

0