"2 ildir Kardaşyandan boşanmağa çalışıram, amma..."

DÜNYA
20:50 / 23.07.2020
1656

Amerikalı repçi Kenni Vest bir neçə gündür ki, açıqlamaları ilə gündəmə gəlib. 

O, iki ildir Kim Kardaşyanla boşanmağa çalışdığını, qayınanası Kris Cennerin irqçi olduğunu iddia edib. O, hətta K. Cenner ilə yazışmalarını izləyicilərinə təqdim edib. 
Onun sözlərinə görə, Kim 2018-ci ildə bir konfransda repçi Meek Millə tanış olub, daha sonra isə onunla münasibət qurub.

Bundan əlavə, Vest tvitter mesajlarında “məni dəlixanaya aparmaq istədilər. Kimin Millə görüşməsinin ardından iki ildir ki, boşanmağa çalışıram”,- deyə vurğulayıb. 

Daha sonra o, “Millə işim yoxdur, ona hörmət edirəm. Kim həddini aşdı. Mənim 5 milyard dollar sərvətim var və daha da çox olacaq”- yazaraq qeyd edib.

Vest  Kardaşyan və anasının ondan xəbərsiz mətbuata açıqlama verdiyini, qaradərili olduğu üçün ailə üzvləri tərəfindən sıxışdırıldığını, ağdərililərin bir-birinə dəstək verdiyini bildirib. 

Kim isə ittihamlara cavabında ərinin psixi problemlərinin olduğunu iddia edib.  

0
“Qafqazinfo”