Sabiq vergilər naziri Fazil Məmmədov rəhbəri olduğu Azərbaycan Velosiped Federasiyasını yaddan çıxarıb.
HİT.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq nazir Velosiped Federasiyası ilə maraqlanmır.
Bildirilir ki, F.Məmmədov son bir neçə ildə Federasiyaya bir dəfə də getməyib.
Federasiyanın rəsmi rəhbəri F.Məmmədov olsa da, qurum vitse-prezident Sahib Ələkbərov tərəfindən idarə edilir.
Qurumdakı maliyyə məsələlərinə isə S.Ələkbərov nəzarət edir.