Türkiyənin dəqiq raketlərlə silahlanmış PUA-ları Azərbaycana hansı üstünlük qazandıracaq?

SİYASƏT
14:16 / 24.07.2020
5394

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində baş vermiş münaqişəyə müvəqqəti ara verilsə də, iki ölkə arasında gərginlik davam edir, proses pilotsuz uçuş aparatları ilə aparılır.

Gərginliyin yaranmasından bəri Türkiyə qardaş ölkə olan Azərbaycanın yanında olacağını dünyaya bəyan edib və prosesləri yaxından izləyir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasında döyüşlərin davam etdiyi bir vaxtda Türkiyə və Azərbaycanın müdafiə rəsmilərinin görüşləri və Bakının türk silahsız PUA-larını satın almaq istəməsi diqqəti yerli və milli pilotsuz uçuş aparatlarına yönəldib.

Müdafiə sənayesi tədqiqatçısı Kadir Doğan TRT-yə müsahibəsində Türkiyənin silahlı PUA-larını almaq istəyən  Azərbaycanın sahib olduğu PUA-ların  mövcud imkan və qabiliyyətlərinə aid vacib məlumatlar verib: “Azərbaycanın taktiki / strateji pilotsuz uçuş aparatlarına sahib olduğunu izah edən Doğan bildirib ki, bu aparatların hamısı İsrail istehsalıdır. Bir qismi hazır şəkildə alınıb, bəziləri isə İsrail lisenziyası ilə Azərbaycanda istehsal edilib. Azərbaycanda İsrail lisenziyası ilə istehsal olunan “Orbiter” və “Aerostar” PUA-ları kamikadze kimi də istifadə oluna bilər. "

Mütəxəssis vurğulayıb bu pilotsuz uçuş aparatlarının kəşfiyyat, nəzarət və müşahidə qabiliyyəti var: “Bu vasitələr ilə əldə edilən kordinatlar müxtəlif hava və ya yerüstü nəqliyyat vasitələrindən dəqiq idarə olunan sursatlarla vurula bilər. Lakin bu zaman sürətli qərarlar qəbul etmə və onun icrasında maneə yaranır.

Eyni zamanda, bu cihazların bir sistem olaraq Azərbaycan Silahlı Qüvvələrinə tam inteqrasiya olunmaması, onların müxtəlif platformalar ilə birlikdə istifadəsinə, ən azı effektiv şəkildə istifadəsinə maneə yaradır.

“Biz bu cihazları “insansız sistemlər” adlandırırıq.  Bu cihazlar digər sistemlərlə yaxşı inteqrasiya olunarsa və birgə istifadə üçün yaralı olarsa, o zaman üstünlük qazana bilərsiniz.  Türkiyənin son dövrlər qazandığı uğurların arxasında bu bacarığı mükəmməl şəkildə istifadə etmə qabiliyyəti dayanır”,-Kadir Doğan deyib.

Ekspert əlavə edib ki, Türkiyənin silahdaşıyan PUA-larının Azərbaycana satışı hər iki ölkə üçün çox qazanclı addım olacaq. 

“Ölkəmizin maddi gəlirindən əlavə, həm də texniki baxımdan qazancı var. Bu kimi məhsullarda nə qədər fərqli müştərilərə məhsul sata bilsəniz, məhsulunuzla bağlı rəylər bir o qədər çox olacaq. Bu da məhsulunuzun təkmilləşməsinə kömək edir.

Azərbaycanın mövqeyindən yanaşsaq,  “Bayraktar TB2” və ya “ANKA-S” kimi cihazlara sahib olan Azərbaycan Silahlı Qüvvələrinin həm psixoloji, həm də texniki cəhətdən çox ciddi bir bacarıq əldə edəcəyi danılmazdır»,-o bildirib.

K. Doğan qeyd edib ki, Azərbaycanın bu məhsullara sahib olması, Ermənistan üzərində psixoloji üstünlük yarada bilər ki, bu da müharibənin ən vacib elementlərindən biridir.

Texniki baxımdan yanaşılsa, Azərbaycan bu sistemləri satın almaqla effektiv təsir gücünə sahib olacaq. Bu o deməkdir ki, daha sürətli qərar qəbul etmə və vəzifələrin daha çevik şəkildə icra edilməsi baş verəcək ki, bu da Azərbaycana üstün mövqe qazandıracaq”. 

K. Doğan əlavə edib ki, silahlı pilotsuz sistemlərin alınması ilə bərabər həm də, digər satınalmalar həyata keçirilməlidir”: “Əgər Azərbaycan və ya digər ölkələr bu sistemlərdən səmərəli istifadə etmək istəyirlərsə, silahlı PUA-ların effektivliyini artıran bir çox alt sistemə də sahib olmalıdırlar. Məsələn, “TB2” və ya “ANKA-S” alınarkən, onunla bərabər “Mam-L” və “Bozok” kimi döyüş sursatlarının alınması da lazım gəlir”.


Kadir Doğan həmçinin “Aselsan CATS” görüntüləmə sisteminin və yerli / milli elektron hərb sistemlərinin Türkiyədən  pilotsuz uçuş aparatları almaq istəyən ölkələrin radarında olacağını vurğulayıb: “Əlbəttə, bütün bu proseslər və mümkün satınalmalar həm maliyyə, həm də texniki baxımdan ölkəmiz üçün ciddi qazanc yaradır.  Bu sistemlərin Azərbaycanda istifadəsi Türkiyə silahlı PUA-larının digər Türk Cümhuriyyətlərinə ixracı baxımından mühüm rol oynaya bilər. Türkiyə, silahlı PUA istehsalı baxımından dünyanın lider ölkələrindən biridir.  Bu səbəbdən, yerli və milli silahlı PUA-larımıza təkcə Türk Cümhuriyyətlərindən deyil, dünyanın müxtəlif bölgələrindən də təkiflərin gəlməsi təəccüblü olmaz ".

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərin getdiyi bir vaxtda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirov və Naxçıvan Əlahiddə Ümumqoşun ordunun komandanı, general Kərəm Mustafayev təcili Türkiyəyə səfər ediblər. Generallar bu ölkənin müdafiə sənayesi və müdafiə naziri ilə danışıqlar aparıblar. Xəbərlərə görə, Türkiyə artıq Azərbaycana silahdaşıyan PUA-lar göndərməyə başlayıb.

0
Virtualaz.org