Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT

DÜNYA
10:12 / 25.07.2020
6596

Daha  bir ölkənin Ermənistana silah  ötürməsi üzə çıxıb.

Hit.Az xəbər verir  ki, İordaniya  Krallığı  Ermənistanı silahlandırıb. Bu barədə  haqqın.az  saytı  hərbi  mənbələrə  istinadən  məlumat yayıb. 

Sayt bildirib ki, İordaniya ilə  Ermənistan  arasında  hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt  Ermənistan prezidenti Əmana rəsmi səfər  etmişdi.  Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi. 

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 qumbaraatanı satılır.
 
Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri Ammanda rəsmi adı - "Nashshab" almış bu tip qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.

Hərbi mənbələrin  verdiyi məlumata görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.

6