Azərbaycanlılar bu dəfə Nyu Yorkdakı erməni konsulluğunun önündə etiraz etdi - FOTO

ÖLKƏ
11:50 / 25.07.2020
1071

İyulun 24-də ABŞ-ın Nyu York şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

HİT.Az xəbər verir ki, Azərbaycan–Nyu York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.

Aksiya Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla anılması, Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandığı aksiyada “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan, rədd ol Azərbaycandan!!”, Ermənilər siz soyqırımda günahkarsız", "Ermənilər körpələrin qatilləridir!", "Ermənistan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!" və sair şüarlar, "Qarabağ!", "Azərbaycan!" və "Azərbaycan-Türkiyə!" kəlmələri davamlı olaraq səsləndirilib.

Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu Yorkdakı konsulluğu qarşısında davam etdiriblər.

Yerli polis aksiyaya nəzarət edib.



0