Ermənilərlə küçə döyüşlərinə son qoyulmasa... - Partiya sədri

SİYASƏT
13:49 / 25.07.2020
1956

"Bu hadisələrin qarşısı alınmasa, nəticələri hesablanmayan miqyasda ola bilər. Bu da nə Azərbaycana, nə də Ermənistana başucalığı gətirəcək".

Bu sözləri Hit.Az-a AĞ Partiyanın başqanı Tural Abbaslı ermənilərin Los Anceles və Brüsseldə azərbaycanlılara qarşı başladığı təxribatlar, vəhşiliklər, sonra müxtəlif şəhərlərdə yaşanan küçə davaları haqda danışarkən deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılara və ermənilərə sərf edən vəziyyət deyil: "Bəzi ölkələr var ki, orada bizim diaspora, bəzi yerlərdə ermənilər güclüdürlər. O zaman kim kimi harada tutdu döysün, öldürsün, videoya çəkib təhqir etsin, axı bunun sonu yoxdur. Sadəcə, bu provokasiya ermənilərdən gəlib və prosesi dayandırmaq təklifi də onlardan olmalıdır. Düşünmürəm ki, gedişat uzun çəkəcək. Hər halda diasporalar arasında qapalı şəkildə razılıq əldə olunacaq".

Partiya sədri hesab edir ki, bu hadisələrdə üçüncü əlin olması ehtimalı araşdırma predmetidir: "Başlanğıcda kiminsə barmağı olmasa da, sonradan istənilən təxribata istiqamətləndirmək üçün zəmin var".

Qeyd edək ki, Macarıstandakı səfirimiz Vilayət Quliyev azərbaycanlıları ayıq-sayıq olmağa çağırıb.

0