200 azərbaycanlını Belçika polisinə ələ verən Camal Əli olub? (VİDEO)

DÜNYA
10:17 / 26.07.2020
1741

Belçikanın paytaxtı Brüssel şəhərində bir neçə gün öncə döyülmüş həmvətənimizə dəstək məqsədilə orada yaşayan azərbaycanlılar ötən gecə bir yerə yığışıblar.

Oxu.Az xəbər verir ki, Belçika polisi soydaşlarımızı saxlayıb.

Saytın yazdığına görə, bunun səbəbi isə Berlində yaşayan Camal Əli adlı azərbaycanlının polisə zəng edərək həmvətənlərimizin ora terror məqsədilə yığışdığını deməsi olub. Mövzu ilə bağlı hələ ki, Camal Əli heç bir açıqlama verməyib. Amma sosial şəbəkədəki hesabında, "Deyəsən bu gecə Belçikada qan töküləcək", "Mıni whatsapp qrupuna əlavə ediblər... beşbarmaq, tapança zad..." deyə paylaşımlar edib.

Qeyd edək ki, Camal Əli "Meydan” TV-nin əməkdaşı olub.

 

3