Bu tarixlərdə koronavirus testlərinin cavabları səhv göndərilib - Rəsmi

ÖLKƏ
12:50 / 26.07.2020
1425

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) HİT.Az-a verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar:

"27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

3