Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün kömək istəyib.
Müraciət Sarkisovlar ailəsi və "Ermənilər Assambleyası" adından yayımlanıb.
Sarkisov o cümlədən, qeyd edib ki, "öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən insanlardan" utanırdı.
Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada azərbaycanlıların əmlakına vandallar tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə hazırdır.
Sarkisovun müraciətində o cümlədən deyilir:
“... Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var. Qardaşım və mən Moskvada doğulub böyüdük. - gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var. Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram.
Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram.
Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin.
Onlara izah edin ki, xalqlarımızın adətində yaşamaq və işləmək, övladlarınız üçün təhsil almaq üçün verilmiş evdə dava-dalaş təşkil etmək yoxdur. Rusiyanı nəzərdə tuturam.
Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır ...
Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən, əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür ...
Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər".