Tanınmış jurnalist koronavirusa yoluxdu

ÖLKƏ
23:42 / 26.07.2020
1111

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.

HİT.Az xəbər verir ki, bu barədə onun oğlu bildirib.

"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetləri, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

 

(Axar.az)

0