ABŞ-da ermənilərin soydaşlarımıza qarşı təxribatı baş TUTMADI

SİYASƏT
09:29 / 27.07.2020
965

ABŞ-ın Nyu-York şəhərində ermənilərin soydaşlarımıza qarşı hazırladıqları təxribat planı baş tutmayıb.

Kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək təxribat planı hazırlayan ermənilər meydanda tək qalıb.

Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimayyət məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb. 

Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar təxminən bir saat sonra dağılışıblar.

1