Natiq Məmmədov yenidən aparat rəhbərinin müavini OLDU

ÖLKƏ
10:58 / 27.07.2020
1892

Nazirlər Kabineti Aparatının rəhbərinin müavini postu yenidən bərpa edilib.

HİT.Az xəbər verir ki, “MediaPost”un məlumatına görə, yenidən bu vəzifəyə Natiq Məmmədov təyin olunub.

Qeyd edək ki, Natiq Məmmədov 2018-ci ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini vəzifəsindən azad olunaraq,  Nazirlər Kabineti Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi. 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Nazirlər Kabineti Aparatının yeni strukturunda Nazirlər Kabineti Aparatının rəhbərinin müavini və köməkçiləri postları ləğv edilmişdi. 

0