Əldə olan son statistikaya görə, Azərbaycan əhalisinin 98,4 faizi öz millətinin dilini ana dili sayanlardır.
HİT.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsünə dair məlumatlar sonuncu dəfə 2009-cu il əhalinin siyahıyaalınması zamanı qeydə alınıb. Yeni statistika isə 2022-ci ildə ictimaiyyətə açıqlanacaq. Hazırda son məlumatlar emal mərhələsindədir.
Qeyd edək ki, 2009-cu ildə əhali sayı 8922,4 min nəfər olub. 2020-ci il iyun ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisi 10089853 təşkil edir.
Son məlumata görə, ölkə vətəndaşları olan azərbaycanlıların 99,7 faizi, ləzgilərdən 90,1 faizi, ermənilərdən 99,9 faizi öz millətinin dilini ana dili sayır. Rəsmi məlumata görə, həmin dövrdə ermənilərin (Dağlıq Qarabağda və ümumilikdə ölkədə yaşayan-red.) cəmi 0,2 faizi Azərbaycan dilində sərbəst danışa bilib. Yəqin ki, sonuncu yeni statistikada bu faiz göstəriciləri dəyişəcək. Çünki təkcə sosial şəbəkə istifadəçiləri arasında Azərbaycan dilində sərbəst yazıb-oxuyan ermənilərin olduğu istisna deyil...
Dövlət Statsitika Komitəsində mövcud olan son məlumatları təqdim edirik: