Deputatın oğlu Londondakı biznesini niyə bağladı? (FOTO)

İQTİSADİYYAT
13:33 / 27.07.2020
1375

Milli Məclisin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi CARRIMLI LIMITED şirkətini könüllü şəkildə ləğv edib. 

Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli açıqlama yayıb.

Onun sözlərinə görə, F.Kərimli  iyulun 17-də Londonda Şirkətlər Evinə (müəssisələrin qeydiyyat idarəsi) müraciət edib. Şirkətin ləğvi barədə məlumat iyulun 28-də rəsmi qəzetdə dərc olunacaq.

Xatırladaq ki, deputatın oğlunun Britaniyada şirkət təsis etməsi ilə bağlı 5 ay öncə məlumat acıqlanmışdı. CARRIMLI LIMITED-in fəaliyyət sahəsi daşınmaz əmlak biznesini əhatə edirdi. 
Fəxri Kərimli Oksford məzunudur. Çox güman ki, onun Londondakı biznesinə son qoyması atası Azər Kərimlinin vasitəsilə Azərbaycanda ciddi dövlət işinə düzəlməsi ilə əlaqədardır.

Azər Kərimlinin diğər oğlu İlkin Kərimli də Londonda daşınmaz əmlak biznesi ilə məşğuldur.

0