Ukraynada yaralanan tələbələrin vəziyyəti necədir? - Açıqlama

ÖLKƏ
14:00 / 27.07.2020
709

Ukraynada açılmış atəş nəticəsində yaralanan azərbaycanlı tələbələrin vəziyyəti yaxşıdır.

Modern.az Trend-ə istinadən məlumat verir ki, bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin müavini Elşad İbrahimov bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır:

"Bildiyimiz kimi bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələrə atəş açılıb. Hadisə yerində 4 nəfər olub, onlardan ikisi ayağından yaralanıb. Hazırda vəziyyətləri yaxşıdır".

E.İbrahimov əlavə edib ki, diaspor Ukrayna hüquq mühafizə orqanlarından tələb edib ki, tezliklə istintaq yekunlaşdırılsın və hadisəni törədən şəxslər cəzalandırılsınlar.

0