Azərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandırıb.
Belə ki, "Tufan" klubu ləğv edilibib.
2016-cı ildə Bakıda yaradılan klub əczaçılıq sahəsi üzrə ixtisaslaşan iş adamlarının maddi dəstəyi dayandırmasından sonra bağlanıb.
Qeyd edək ki, "Tufan" klubu bir neçə yaş qrupu üzrə fəaliyyət göstərirdi. U-19 komandası Gənclər Liqasında da iştirak edirdi.
"Tufan"ın həmçinin gələn mövsüm I Divizionda iştirakı gözlənilirdi, amma koronavirus pandemiyasıı sponsorları tamamilə geri çəkilməyə məcbur edib.
Publika.az