Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında milli zəmində baş verən kütləvi dava ilə bağlı həbslər davam edir.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvanın Kuzmin, Nikulin və Troitsk rayon məhkəmələri “xuliqanlıq” maddəsi ilə 15 şəxs barəsində həbs qərarı verib.
Həbsə göndərilənlər arasında həm azərbaycanlıların, həm də ermənilərin olduğu bildirilir.
Polis məlumatına görə, iyulun 24-də Moskvanın Marinyo rayonunda mağazaların, kafelərin, avtoyuma yerlərinin şüşələrinin sındırılması, personala hücum olunması ilə bağlı insidentlər qeydə alınıb.
Faktla bağlı 30-dan çox dava iştirakçısı polis bölmələrinə gətirilib.