İllər öncə indiki kimi rentgen, USM, MRT və s. kimi texnoloji metodlarla xəstəlikləri müəəyənləşdirmək mümkün olmayanda həkimlər xəstənin xarici əlamətləri əsasında onun problemini müəyyən edə bilirdilər.
Həkim Sevinc Qurbanova Hit.az-a bildirib ki, indi də tibb universitetində fizioloji əlamətlər əsasında daxili xəstəliklərin müayinəsi tədris edilsə də, üstünlük fərqli müayinə yöntəmlərinə verilir.
“Məsələn xəstənin dilinin, gözünün rəngi, dırnaqları, dəri rəngi əsasında hansı xəstəlikləri olmasını müəyyən etmək olur. Dırnaqlardakı ağ ləkələr , kalsium və sink çatışmazlığından xəbər verir. Dilin üzərinin ağ ərplə örtülməsi, sarı rəngə çalması və acılıq öd daşından xəbər verir. Dəri rənginin saralması sarılıq xəstəliyinin, dəri piqmentinin tündləşməsi, qaralması qaraciyərlərdəki problemlərin əlamətidir. Dırnaqlar və saçlar gec uzanıb, tez-tez qırılırsa, vitamin və mineral qıtlığı yaşayırsınız. Dırnaqlar şişkin və göyümsov rəngdədirsə bu ürək xəstəliklərindən xəbər verir. Çürümüş dırnaqlar dəmir qıtlığından, dırnaqların dibindəki ağ halənin olmaması isə qan azlığından xəbər verir”,- deyə o bildirib.
Murad