Bu gün psixoloqların sayı günü-gündən artır desək, yanılmarıq. Hər psixoloq da istər sosial şəbəkə və ya efir vasitəsilə insanlara məsləhət verir. Bu hal daha çox İnstagram, TikTok və Facebookda müşahidə olunur.
Psixoloqlar öz düşüncəsi ilə insanların şüuruna təsir etməyə çalışır. Kimisi boşanmağı, kimisi sərbəst yaşamağı, başqa birisi isə ailə böyüklərinə hörmət qoymamağı məsləhət görür.
Bu psixoloqları örnək götürən, onların fikirlərinə dəstək olanlar da az deyil.
Hətta bir neçə ay öncə xanım psixoloqlardan biri belə bir açıqlama vermişdi ki, yoldaşı ona bahalı telfon almarsa, o ərindən ayrılmalıdır.
Bu fikir cəmiyyətdə geniş müzakirə olundu. Psixoloqun tərəfini tutanlar da oldu, qarşı çıxanlar da. Bu kimi fikirlər sayəsində insanlar nə öz istədiklərini bilir, nə də ailə böyüklərinin məsləhətinə qulaq asır. Danılmaz faktdır ki, bu gün boşanmaların artmasında psixoloqların rolu az deyil. Onlar hər xırda detalı həll etmək əvəzinə, cütlüyə ayrılmağı tövsiyyə edir. Beləliklə, iki-üç ay hansısa kursda təlim keçib, özlərini psixoloq adlandıranlar , bu gün insanların şüuraltına sərbəst şəkildə təsir edir. Təəssüf ki, buna nəzarət, dur deyən olmur.
Sevinc