Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir - RƏSMİ

23:39 / 30.04.2024
516

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, gün ərzində maksimum 10-15 yoluxma hadisəsi qeydə alınır.

GEM rəsmisi digər xüsusi təhlükəli yoluxucu xəstəliklərdən danışarkən bildirib ki, bu günə qədər peyvənd olunan körpələr arasında Hepatit B virusuna rast gəlinməyib:

“Tək-tək hallarda isə vərəm qeydə alınır. Bu da sosial xəstəlik olduğundan tam nəzarət altında saxlamaq mümkün deyil. Göy öskürəklə əlaqəli keçən il ölkədə tək-tük hallarda xəstəxanalar təsdiqlənməmiş diaqnoz qoyublar. Çünki göy öskürəyin təsdiqi üçün mütləq laboratoriya müayinəsi olmalıdır. Ötən il 36 xəstədən yalnız üçündə göy öskürək faktı öz təsdiqini tapıb. Ümumilikdə hər hansı hadisə tələblərə uyğun təsdiq olunursa, hesabata daxil edilir”.

0