Yəqin el arasında günəbaxan tumunu qabıqlı yeyən uşaqlara “qabıqlı yemə, kor bağırsağına dolacaq” kimi ifadələrin deyildiyini eşitmisiniz.
Belə bir inam gəzir ki. mədəyə gedən meyvə tumları, günəbaxan tumu qabıqları korbağırsaqda toplanaraq, onun partlamasına səbəb olur. Bu həqiqətdir?
Hit.az-ın sualına cavab verən pediatr, cərrah Kəmalə Dadaşova bildirib ki, bu əslində əfsanədən başqa bir şey deyil:
“Bunu nə zamansa bəlkə bir cərrah xəstəyə izah edib, bu da dildən -dilə dolaşıb. Apendiks ona tum qabıq dolması nəticəsində partlamır. Bu bağırsaq adətən boş olur. Onun içinə hər hansı bir bağırsağa düşən maddə düşüb iltihab yaradarsa o, kəskin ağrı verir”,- deyə həkim qeyd edib.
O əlavə edib ki, orqanizmdə heç bir funksiya oynamayan bu orqanı bəzi ölkələrdə uşaq anadan olanda ləğv edirlər:
“Kosmosa isə bildiyimə görə, kosmonavtları kor bağırsağı kəsib xaric etmədən göndərmirlər. Maraqlı orqandır. Onun haqqında çoxlu əfsanələr dolaşır”, deyə o bildirib.
Murad