Yuxusuzluğun əsas fəsadları nələrdir? - SİYAHI 

SAĞLAMLIQ
21:31 / 14.05.2024
470

Yuxusuzluq insanların həyat keyfiyyətini aşağı salır, iş və bir çox sahələrdə səmərəsizliyə gətirib çıxarır. 

Hit.az xəbər verir ki, yuxusuzluq insanın gündəlik həyatına da mənfi təsir göstərir.

Ən çox yayılan yuxusuzluq problemləri isə aşağıdakılardır:

1. İnsomniya (Yuxusuzluq) 
Bu, yaxşı yata bilməmə vəziyyətidir. Yuxuya getməkdə və ya gecə boyu yuxunu davam etdirməkdə çətinliklərə səbəb olur. 

2. Yuxu apnesi
Bu isə nəfəs almada təkrarlanan fasilələrlə xarakterizə olunan bir vəziyyətdir. Sözügedən hal yuxu zamanı tənəffüs yollarının qismən və ya tam tıxanması nəticəsində baş verir. Üstəlik, bu, yuxu zamanı nizamsız və pis yuxuya səbəb olur.

3. Narkolepsiya
Bu da ani və nəzarətsiz yuxu hücumları ilə xarakterizə olunan yuxu pozğunluğudur. Yəni yatmaq zamanı olmayan vaxtlarda, daha dəqiq desək istənilən anda yuxunun gəlməsi problemidir. 

 4. Narahat ayaq sindromu
Bu, ayaqlarda narahatlıq hissi və ya hərəkət etmək istəyi ilə xarakterizə olunan vəziyyətdir. Yuxu zamanı tez-tez baş verir və insanın yatmasını çətinləşdirir. 

5. Yuxu vərdişinin olmaması
Bu isə insanın normal yuxu rejiminə sahib olmamasıdır. Yəni sözügedən şəxslər gecə yatmaq əvəzinə oyaq qalmağa meyl edirlər. 

Pərviz

0